"Daimler" ilk pilotsuz avtomobillərinin buraxılacağı tarixi açıqladı

  • 19 Mart, 2019 15:01

Alman avtokonserni “Daimler” avtomatlaşdırılmış idarə sistemli (pilotsuz) avtomobillərin kütləvi buraxılışına 2021-ci ildə başlamağı planlaşdırır.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Mercedes-Benz”in pilotsuz idarəetmə bölməsinin rəhbəri Maykl Hafner deyib.

Onun sözlərinə görə, 2021-ci ildən çoxlu sayda robotlaşdırılmış taksilərin buraxılışına başlanacaq. “Daimler” ikinci yarım ildə “Robert Bosch GmbH” ilə müştərək olaraq San Xosedə, Kaliforniyanın qərbində Silikon vadisində ilk pilotsuz nəqliyyat vasitələrinin testinə başlayacaq.

Onların satışlarının ABŞ və Avropada, daha sonra isə Çində təşkil olunancağı nəzərdə tutulur. İlkin mərhələdə 10 min ədəd bu tip avtomobil buraxilması planlaşdırılır.