Daha üç bank bağlandı - Rusiyada

  • 6 Dekabr, 2018 11:03
Daha üç bank bağlandı - Rusiyada

Rusiya Mərkəzi Bankı bu gündən “Zlatkombank”, “Ekonomiks Bank” və “SDB Bank” kredit təşkilatlarının bank əməliyyatlarının həyata keçirilməsi üçün lisenziyasını ləğv edib.

“Finans.az” tənzimləyicinin yaydığı məlumata istinadən xəbər verir ki, “Zlatkombank”da cinayət yolu ilə əldə olunan çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsindəki normativ aktlarının pozulması halları müəyyən olunub. Bir ildə 4 dəfə banka qarşı nəzarət tədbirləri görülüb, o cümlədən fiziki şəxslərdən əmanət cəlbinə 2 dəfə məhdudiyyət, 1 dəfə qadağa qoyulması olub.

Digər iki bankın lisenziyası kredit təşkilatlarının könüllü müraciəti əsasında ləğv edilib. Cari ilin 1 noyabr tarixinə “Zlatkombank” aktivlərinin həcminə görə bank sektorunda 405-ci, “Ekonomiks Bank” – 424-cü, “SDB Bank” - 469-cu yerdə olub.

Xatırladaq ki, Rusiya Bankı son beş il ərzində 400-dən çox bank lisenziyasını geri çağırıb.