Daha iki avtobusda gediş haqqı kartla olacaq

Sabahdan 208 və 209 nömrəli marşrut xətti ( Bakıxanov d/st.-Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə “Finans.az”a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.