Daha bir yolda təmirə başlanılır

  • 6 Fevral, 2019 13:02
Daha bir yolda təmirə başlanılır

Sabahdan “Bakı Dairəvi-1” avtomobil yolunun Lökbatan dairəsindən şəhər istiqamətində yolun 5 km-lik hissəsində təmir-bərpa işlərinə başlanılır.

Bu barədə “Finans.az”a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

“Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, - deyə məlumatda bildirilir.