Daha bir xarici şirkət Azərbaycandan getdi

  • 4 may, 2021 13:23
Daha bir xarici şirkət Azərbaycandan getdi

“Galt and Taggart” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı filialı ləğv olunduğunu elan edir.

“Finans.az” vergilər qəzetinə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 37 küçəsi, ev Dəmirçi Plaza, mənzil 22-ci mərtəbə, Grant Thornton ünvanına bildirə bilərlər.

Qeyd edək ki, 1995-ci ildə təsis edilən “Galt and Taggart” Gürcüstanın ən böyük broker şirkətidir.