Daha bir universitetin məzun günü büdcəyə baha başa gəlib

  • 12 İyul, 2019 14:10
Daha bir universitetin məzun günü büdcəyə baha başa gəlib

Azərbaycan Turizm və Menecment Universiteti 2018-2019-cu tədris ilinin məzun mərasiminin keçirilməsinin satın alınmasına dair “Qlobus Holding MMT” MMC ilə müqavilə imzalayıb.

"Finans.az"ın əldə etdiyi məlumata əsasən, büdcə təşkilatı bu satınalma müqabilində cəmiyyətə 35 709 manat ödəyib.

Həmçinin bax: İqtisad Universitetinin məzun günü büdcəyə 150 min manata başa gəlib

Daha əvvəl isə "Bakı Mühəndislik Universiteti" PHŞ 21 iyun 2019-cu il tarixində "Məzun 2019" adlı təntənəli tədbirin keçirilməsi ilə əlaqədar fiziki şəxs Qurbanov Fərhad Mahmud oğlu ilə 7 585 manat məbləğində birbaşa satınalma müqaviləsi bağlayıb.