Daha bir sığorta şirkəti ləğv olunub - Azərbaycanda

  • 16 iyun, 2021 14:19
Daha bir sığorta şirkəti ləğv olunub - Azərbaycanda

"Başak-İnam Sığorta Şirkəti" ASC ləğv olunduğunu elan edib.

"Finans.az"ın "Vergilər" qəzetinə istinadən verdiyi məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, H. Cavid prospekti, ev 79 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Başak-İnam Sığorta Şirkəti" 1996-cı ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 7 mln. manatdır.

Qeyd edək ki, cari ilin əvvəlində Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə "Amrah Sığorta" və "AXA MBask" sığorta şirkətlərinin lisenziyaları ləğv olunub. Bununla da ölkədə fəaliyyət göstərən sığorta şirkət 22-dən 20-yə düşmüşdü.


Mənbə: apa.az