Daha bir qurum “Khazar” avtomobili aldı

  • 15 May, 2019 12:00
Daha bir qurum “Khazar” avtomobili aldı

Bir ədəd “Khazar LD” minik avtomobilinin satın alınmasına dair “Azərmaş” MMC ilə Milli Televiziya və Radio Şurası (MTRŞ) arasında müqavilə imzalanıb.

“Finans.az”ın əldə etdiyi məlumata əsasən, MTRŞ bu satınalmaya 18 min manat xərcləyib.

Xatırladaq ki, martda İsmayıllı Rayon İcra Hakimiyyəti üçün “Khazar LD”nin satın alınması eyni məbləğə başa gəldi. Bu vaxta kimi isə büdcədən maliyyələşən təşkilatlar rəsmi açıqlanan məlumatlara əsasən 35 ədəd “Khazar SD” və 5 ədəd “Khazar LD” avtomobillərinin satın alınmasına 698 366 manat xərcləyiblər.