Daha bir Çin şirkəti "Mercedes" istehsalçısının səhmdarı oldu

  • 23 İyul, 2019 16:47
Daha bir Çin şirkəti

Almaniya mərkəzli avtomobil şirkəti "Daimler"ə daha bir çinli ortaq qoşulub.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, Çin mərkəzli "Beijing Automotive Group" (BAIC) adlanan şirkət "Daimler"ə məxsus səhm alıb və şirkətdə 5%-lik paya sahib olub.

Qeyd edək ki, ötən il digər bir Çin mərkəzli avtomobil istehsalçısı "Geely" də "Daimler"dən pay almışdı. Belə ki, "Geely" 9 milyard dollar müqabilində avtomobil şirkətində 10%-lik paya sahib olaraq "Daimler"in ən böyük səhmdarı olmuşdu.