Daha bir büdcə təşkilatı gül buketlərinin alınmasına 10 minlərlə manat pul xərclədi

  • 10 May, 2019 10:10
Daha bir büdcə təşkilatı gül buketlərinin alınmasına 10 minlərlə manat pul xərclədi

Müxtəlif tədbirlərdə istifadə etmək üçün gül və gül buketlərinin satın alınması üzrə Dövlət Radiotezliklər İdarəsi (Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin) Talıbov Elmar Nəbi oğlu ilə müqavilə imzalayıb.

“Finans.az”ın əldə etdiyi məlumata əsasən, büdcə təşkilatı bu satınalma müqabilində fiziki şəxsə 29 901 manat ödəyib.

Xatırladaq ki, son bir neçə ayda Bakı Metropoliteni” QSC güllərin alınmasına 33 879 manat xərcləyib.