Azərbaycanın daha 5 müəssisəsinə Rusiyaya pomidor ixracına icazə verilib

  • 25 may, 2021 14:54
Azərbaycanın daha 5 müəssisəsinə Rusiyaya pomidor ixracına icazə verilib

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor”) mayın 25-dən etibarən Azərbaycanın daha beş müəssisəsinə Rusiyaya pomidor tədarük etməyə icazə verib.

"Finans.az"ın verdiyi məlumata görə, qərar birgə video-müayinələr zamanı seçilən məhsul nümunələrinin karantin fitosanitar ekspertizasının nəticələrindən sonra, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti ilə verilib.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 131 pomidor istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib.


Mənbə: apa.az