Daha 51 dövlət əmlakı hərraca çıxarılır

  • 11 Fevral, 2019 14:35
Daha 51 dövlət əmlakı hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə 12 mart tarixində hərrac keçiriləcək.

Komitədən “Finans.az”a verilən məlumata görə, budəfəki hərraca ümumilikdə 51 dövlət əmlakı çıxarılıb. Bunlardan 16-sı kiçik dövlət müəssisə və obyekti, 12-si qeyri-yaşayış sahəsi, 16-sı səhmdar cəmiyyəti, 7-si isə nəqliyyat vasitəsidir.

Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 20,1 kv.m ilə 1664,4 kv.m arasındadır. Bakı şəhəri üzrə özəlləşməyə çıxarılan dövlət əmlaklarından biri ictimai iaşə, digərləri isə ticarət obyektləridir.

Özəlləşdirməyə çıxarılan qeyri-yaşayış sahələrindən 10-u paytaxtda, digərləri isə Daşkəsən və Şirvanda yerləşir. Ümumi faydalı sahəsi 11,9 kv.m ilə 127,4 kv.m intervalında olan obyektlərin qiymət müxtəlifliyi hər kəs üçün geniş seçim imkanları yaradır.

Avtomobil sahibi olmaq istəyənlər buraxılış tarixi 1999-2014 illər olan nəqliyyat vasitələri üzrə seçim edə bilər. Bu avtomobillər “Nissan”, “Kia”, “Toyota” və digər markalara aiddir. Qeyd edək ki, nəqliyyat vasitələri üçün təyin olunan ilkin hərrac qiymətləri 1440 10 min manat arasındadır.