COVID-19 səbəbindən qlobal turizmin itkilərinin həcmi - AÇIQLANDI

  • 28 İyul, 2020 15:15
COVID-19 səbəbindən qlobal turizmin itkilərinin həcmi - AÇIQLANDI

Qlobal turizm sektorunun COVID-19 pandemiyası səbəbindən itkiləri 320 milyard ABŞ dollarına yaxın olub.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının məlumatında deyilir.

Qeyd edilir ki, digər ölkələrə səyahət edən turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2020-ci ilin mayında 98% azalıb. Cari ilin ilk 5 ayı ərzində isə azalma 56% təşkil edib. Təşkilat sektorun tam bərpasını yalnız gələn ilin ikinci yarısında gözləyir.