"Coca-Cola" son 10 ildə ilk dəfə yeni dadla çıxır

  • 11 Fevral, 2019 09:25

"Coca-Cola" şirkəti son 10 ildə ilk dəfə olaraq istehlakçılara yeni dad təqdim edir.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, yeni qazlı içki apelsin və vanil dadında olmaqla iki formatda – şəkərlə (Orange Vanilla Coke) və şəkərsiz (Vanilla Coke Zero Sugar) bazara çıxarılacaq.

Yeni içki artıq 25 fevralda satışa çıxarılacaq.