"Citigroup” və “Nasdaq” bu startapa milyonlarla dollar investisiya etdi

  • 24 Yanvar, 2019 17:03

Nyu-Yorkun texnoloji şirkəti “Symbiont” 20 milyon ABŞ dolları həcmində investisiya cəlb edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, əsas investiya yatıranlar arasında beynəlxalq maliyyə konqlomeratı “Citigroup” və “Nasdaq” fond birjası olub. İnvestisiyada məşhur kriptoinvestor Mayk Novoqratsın “Galaxy Digital” bankı da iştirak edib.

Qeyd edək ki, “Symbiont” startapı kapital bazarı üçün nəzərdə tutulan “Assembly” blokçeyn platformasının developeridir. Bu platforma vasitəsilə maliyyə təşkilatları məlumatların mübadiləsini və verifikasiyasını apara, həmçinin smart müqavilələrindən istifadə etməklə sindikatlaşdırılmış borcların tənzimlənmə vaxtını tezləşdirə və ipoteka istiqrazları bazarını optimallaşdıra biləcəklər.