Çində yoxsulluqla mübarizənin yeni üsulu tapılıb

  • 22 Oktyabr, 2020 14:27
Çində yoxsulluqla mübarizənin yeni üsulu tapılıb

Çin hökuməti Haynan adasındakı aztəminatlı ailələrin gəlirlərinin artması elektron ticarəti inkişaf etdirmək üsuluna əl atıb.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, yeni üsul yeni iş yerlərinin yaradılmasına təkan verir.

Hökumətin gördüyü bu tədbir bölgənin kasıb sayılan 42 min insanının gəlir baxımından orta təbəqəyə yaxınlaşmasına təkan verib. 3,4 mindən artıq fəaliyyət göstərən onlayn mağazada 11 min insan işlə təmin olunub.


Sadıq Əliverdibəyli