Satışları aşağı düşən "iPhone"lar ucuzlaşdı - Çində

  • 11 Yanvar, 2019 16:52
Satışları aşağı düşən

"Alibaba"nın dəstəkli "Suning" və "JD.com" da daxil olmaqla Çində bir sıra elektronika məhsullarının pərakəndə ticarəti ilə məşğul olan platformalar bu həftə ərzində "iPhone" qiymətlərini aşağı endirib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, bunun əsas səbəbi isə "Apple"ın Çində smartfon satışlarının aşağı düşməsi ilə bağlı açıqlamaları olub.

Qiymət endirimi "Apple" tərəfindən ən son buraxılan smartfonlardan biri "iPhone XR" üçün 118 dollara yaxın olub. Belə ki, bu endirimlərin bayram ərəfəsində daha az satış nümayiş etdirən "Apple" məhsullarında satış həcmini artırmaqla bağlı olduğu deyilir.

Qeyd edək ki, sözügedən endirimlər Çin pərakəndəçiləri tərəfindən bu həftənin ortalarından başlayıb.