Çin mərkəzli i-Space şirkəti daşıyıcı raketini kosmosa göndərib

  • 7 Sentyabr, 2018 11:20
Çin mərkəzli i-Space şirkəti daşıyıcı raketini kosmosa göndərib

“Beijing” mərkəzli özəl “i-Space” şirkəti 5 sentyabr tarixində özəl raketi ilə kosmosa uçuş təşkil edib.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Jiquan peyk mərkəzində gerçəkləşib.

Raket "i-Space" kosmos şirkəti və bir neçə çinli alimlər tərəfindən hazırlanıb. "İ-Space"in bildirdiyinə görə, raket 460 saniyə uçub, 108 kilometr məsafədə səthə çatıb. 5 sentyabr tarixində gərçəkləşmiş bu uçuş, "i-Space" şirkətinin təşkil etdiyi ikinci uçuş kimi tarixdə qalıb.

Qeyd edək ki şirkətin ilk uçuşu aprel ayında Hainan ada əyalətində baş tutub.