Çin martın 1-dən 51 mlrd. tibbi maska ixrac edib

  • 18 May, 2020 15:00
Çin martın 1-dən 51 mlrd. tibbi maska ixrac edib

Bu ilin 1 mart tarixindən etibarən Çin yeni növ koronavirus pandemiyası (COVID-19) ilə mübarizədə yardım məqsədi ilə 50,9 mlrd. tibbi maska ixrac edib.

“Finans.az”ın verdiyi xəbərə görə, bu barədə məlumatı Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi yayıb.

Bu müddət ərzində Çin digər ölkələrə 216 mln. qoruyucu kostyum, 81,03 mln. cüt təhlükəsizlik eynəyi, 26,43 mln. infraqırmızı termometr, 1,04 mlrd. cüt cərrahi əlcək, 162 mln. test sistemi və 72,7 min süni tənəffüs göndərib.


Mənbə: apa.az