Çin dünyanın ən böyük şist neft yatağını kəşf edib

  • 23 iyun, 2021 17:46
Çin dünyanın ən böyük şist neft yatağını kəşf edib

Çinin neft nəhəngi sayılan CNPC şirkəti tərəfindən ölkə ərazisində dünyanın ən böyük şist neft yatağı kəşf olunub. Yataq Çinin Qənsu vilayətində tapılıb.

"Finans.az"ın verdiyi məlumata görə, "Ordos" yatağının ehtiyatlarının 1 mlrd. ton təşkil etdiyi bildirilir.

Çin işlənməsinə iki il əvvəl başlayan yeni bir yataq sayəsində neft idxalından asılılığın artımını dayandıra biləcək. Bu gün ölkənin neft istehlakının əksər hissəsi (70%) digər ölkələrin tədarükündən asılıdır.


Mənbə: apa.az