Çin ABŞ-dan idxal olunan 75 milyard dollar dəyərində mallara rüsumları artırır - Rəsmi açıqlama

  • 23 Avqust, 2019 16:20
Çin ABŞ-dan idxal olunan 75 milyard dollar dəyərində mallara rüsumları artırır - Rəsmi açıqlama

ABŞın hərəkətlərinə cavab olaraq Çin 1 sentyabr və 15 dekabr tarixlərindən ABŞ-dan gətirilən 75 milyard ABŞ dolları dəyərində məhsullara idxal rüsumlarını 10% və 5% artıracaq.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Tariflər və Yığımlar üzrə Komitəsinin məlumatında deyilir.

Çin 15 dekabrdan ABŞ-dan gətirilən avtomobil və ehtiyyat hissələrinə rüsumları 25% və 5% qaldıracaq.