Çin 2020-ci ildə 5G-smartfonları bazarının 70%-ni tutacaq - PROQNOZ

  • 23 Avqust, 2019 11:45
Çin 2020-ci ildə 5G-smartfonları bazarının 70%-ni tutacaq  - PROQNOZ

Baxmayaraq ki, 5-ci nəsil mobil rabitə Cənubi Koreya ərazisində yaranıb və sürətlə inkişaf edib gələn il məhz Çin 5G-smartfonları bazarının qeyd-şərtsiz lideri olacaq.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu "MediaTek" şirkətinin baş direktoru Rik Tsay bildirib.

Onun sözlərinə görə, gələn il 5G-smartfonlarının dünya üzrə satışları 140 ədəd təşkil etməlidir ki, bunun da 100 milyonu Çin bazarının payına düşəcək.