"Cəfər Cabbarlı" stansiyasının ikinci yolu bu tarixdə açılacaq

  • 17 Yanvar, 2020 14:14

“Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasının ikinci yolu 2020-ci ilin yayında istismara veriləcək.”

“Finans.az” xəbər verir ki, bunu jurnalistlərə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, artıq işlərin böyük hissəsi görülüb: "Qarşımızda tapşırıq kimi qoyulub ki, "Cəfər Cabbarlı" stansiyasının ikinci yolunda işlər marta qədər yekunlaşsın.Təxminən yay aylarında isə ikinci xəttin istifadəyə verilməsi nəzərdə tutulub".


Mənbə: report.az