“Caspian Drilling Company” “Delfin” layihəsinə qoşulmaq niyyətindədir

  • 13 İyun, 2019 11:35
“Caspian Drilling Company” “Delfin” layihəsinə qoşulmaq niyyətindədir

“Caspian Drilling Company” Qara dənizin şelf zonasında “Delfin” sahəsində neft-qazın kəşfiyyatı və işlənməsi üçün özəl tərəfdaş axtarışı ilə bağlı Ukrayna hökumətinin elan etdiyi müsabiqəyə müraciət edib.

“Finans.az” xəbər verir ki, müraciət edənlər arasında Amerikanın “Frontera Resources”, həmçinin “Trident Black Sea”, “Ukrnefteburenie” şirkətləri də var. Qanuna görə, iyulun 12-dək qalib müəyyənləşməli və komissiya Nazirlər Kabinetinə təklifləri verməlidir. Hökumət iki ay müddətində, yəni sentybarın 12-dək müqavilə imzalamalıdır.

Qeyd edək ki, “Caspian Drilling Company” 1996-cı ildə yaradılıb. Şirkətdə SOCAR 92% paya sahibdir.


Mənbə: report.az