Cahangir Hacıyevə hökm oxundu

  • 5 Sentyabr, 2019 13:36
Cahangir Hacıyevə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cahangir Hacıyev əvvəlki cəzası toplanmaqla qəti olaraq 16 il 6 ay, sabiq deputat Dünyamin Xəlilov isə əvvəlki cəzası ilə toplanmaqla qəti olaraq 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Finans.az" xəbər verir ki, digər təqsirləndirilən İsmayıl Hidayət-zadəyə isə 15 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.


Mənbə: report.az