"Buta Airways" Tbilisiyə uçuşlar yerinə yetirməyə başlayır

  • 1 Mart, 2021 17:18

Azərbaycanın "Buta Airways" aşağıbüdcəli aviaşirkəti Gürcüstanın paytaxtına və əks istiqamətdə xüsusi reyslər həyata keçirməyə başlayır.

"Finans.az" şirkətə istinadən xəbər verir ki, uçuş cədvəlinə əsasən pandemiya dövründə Bakı-Tbilisi-Bakı istiqaməti üzrə aviadaşıyıcının ilk uçuşu martın 19-da yerinə yetiriləcək.

Qeyd olunan marşrut üzrə uçuşlar həftədə üç dəfə – çərşənbə axşamı, cümə və bazar günləri həyata keçiriləcəkdir.