“Bursagaz” və “Kayserigaz” şirkətlərinin SOCAR-a satışı təsdiqlənib

  • 17 May, 2019 15:50
“Bursagaz” və “Kayserigaz” şirkətlərinin SOCAR-a satışı təsdiqlənib

Almaniyanın EWE energetika şirkətinin Türkiyədəki aktivlərinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) satışının 29 may tarixində tamamlanması hədəflənib.

"Finans.az" türk mediasına istinadən xəbər verir ki, Türkiyənin Rəqabət və Enerji Bazarı Tənzimləmə qurumları satışla bağlı razılıq verib. İnformasiya Texnologiyaları və Rabitə qurumunun qərarının isə gələn həftə ərzində açıqlanacağı bildirilir. Bununla da Türkiyənin enerji sektorunda əhəmiyyətli bir satışın 29 may tarixində tamamlacağı və “EWE Turkey Holding”ə məxsus “Bursagaz”, “Kayserigaz”, “EWE Enerji”, “Enervis” və “Millenicom” şirkətlərinin SOCAR-a təhvil veriləcəyi gözlənilir.

Qeyd edək ki, satış üçün sövdələşmə dəyərinin 140 milyon dollar təşkil edir.