Bundan sonra “Sony” və “Microsoft” bulud servislərin inkişafı istiqamətində birgə işləyəcək

  • 17 May, 2019 09:38
Bundan sonra “Sony” və “Microsoft” bulud servislərin inkişafı istiqamətində birgə işləyəcək

“Sony” korporasiyası və “Microsoft” şirkəti innovasiya texnologiyalarının inkişafı və “Microsoft Azure” bulud platforması əsasında yeni xidmətlərin yaradılması üzərində birgə işləməyi planlaşdırırlar.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq tərəflər arasında memorandum imzalanıb.

Qeyd edilir ki 20 ilə yaxın vaxt ərzində şirkətlər video oyunlar bazarında rəqib olaraq, liderlik uğründa mübarizə aparıblar. 2014-cü ildə Yapon şirkəti “Playstation Now” adlı bulud qeyminqi servisini istifadəyə verdi. “Xbox Game Pass” adlı “Microsoft”dan olan analoq isə 2017-ci ilin yayında təqdim olundu.