Büdcədən hərbçilərə ev kirayəsi haqqının ödənilməsinə əlavə vəsait ayrılacaq

  • 31 İyul, 2020 16:35
Büdcədən hərbçilərə ev kirayəsi haqqının ödənilməsinə əlavə vəsait ayrılacaq

Bəzi təşkilatların maddi-texniki təminatının möhkəmləndirilməsi, hərbçilərə ev kirayəsi haqqının ödənilməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün dövlət büdcəsindən əlavə 9,1 milyon manatın ayrılması nəzərdə tutulub.

“Finans.az” xəbər verir ki, bu, “2020-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində öz əksini tapıb.


Mənbə: report.az