Büdcə zərfinin III oxunuşda müzakirə ediləcəyi tarix müəyyənləşib

  • 15 Noyabr, 2019 14:12
Büdcə zərfinin III oxunuşda müzakirə ediləcəyi tarix müəyyənləşib

Milli Məclisdə büdcə zərfinə daxil olan sənədlərin II və III oxunuşda müzakirə olunacağı tarix məlum olub.

"Finans.az" xəbər verir ki, büdcə zərfinə daxil olan sənədlər II oxunuşda noyabrın 26-da, sonuncu oxunuşda isə parlamentin noyabrın 29-da keçirilməsi nəzərdə tutulan plenar iclasında müzakirə ediləcək.

Büdcə zərfinə "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələri daxildir.


Mənbə: apa.az