Büdcə təşkilatları 9 ayda 21 mln. manatlıq təbii qaz istifadə edib

  • 20 Noyabr, 2019 16:08
Büdcə təşkilatları 9 ayda 21 mln. manatlıq təbii qaz istifadə edib

Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 670,6 mln. kVt.saat elektrik enerjisindən, 104,6 mln. kubmetr təbii qazdan, 18,1 mln. kubmetr sudan istifadə edilib.

“Finans.az” xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə sudan 5,8%, təbii qazdan 4,3%, elektrik enerjisindən isə 4,2% çox istifadə edilib.

Hesabat dövründə istifadə edilən təbii qazın dəyəri 20,9 mln. manat, elektrik enerjisinin dəyəri 150,3 mln. manat, suyun dəyəri isə 17,7 mln. manat təşkil edib.


Mənbə: report.az