Büdcə təşkilatı indi də "Toyota Corolla" və “Volkswagen Passat” avtomobillərini 5 aylıq kirayələyəcək

  • 20 Aprel, 2019 11:00
Büdcə təşkilatı indi də

"Enerji Məsələlərini Tənzimləmə Agentliyi" PHŞ bir ədəd "Toyota Corolla" və “Volkswagen Passat” markalı avtomobillərinin 5 aylıq kirayəsi xidmətinin satınalınması üzrə kotirovkalar sorğusu elan edir.

“Finans.az” rəsmi məlumata istinadən xəbər verir ki, kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 27 aprel 2019-cu il saat 16:00-a kimi qəbul olunur. Maraqlanan təşkilatlar (012) 598 16 53 (daxili 1176) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, bu ilin martında agentlik 1 ədəd "Toyota Camry"nin 5 aylıq kirayəsi üzrə "Bookingcar" MMC ilə 12 500 manatlıq satınalma müqaviləsi imzalayıb.