Büdcə təşkilatı avtomobillər alır

  • 21 Avqust, 2019 17:00
Büdcə təşkilatı avtomobillər alır

Dövlət Reklam Agentliyi PHŞ avtonəqliyyat vasitələrinin satın alınmasına dair açıq tender elan edir.

“Finans.az” xəbər verir ki, iştirakçılar tender haqqında ətraflı məlumatı dövlət satınalmalarının vahid internet Portalında (www.etender.gov.az) əldə edə bilərlər.

Tenderdə iştirak haqqı 200 manat təşkil edir.

Xatırladaq ki, bu günə qədər agentlik “Autouniversal”dan 1 549 181 manatlıq miniven, “Toyota Abşeron Center”dən 981 000 manatlıq sedan və pikap tipli avtomobillər alıb. Nəqliyyat vasitələrinin alınmasına cəmi 2 530 175 manat pul xərclənib.