Büdcə layihəsi II oxunuşda qəbul edilib

  • 25 Noyabr, 2019 13:51
Büdcə layihəsi II oxunuşda qəbul edilib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib.

"Finans.az" xəbər verir ki, gələn ilin dövlət büdcəsinin gəlirləri 24 134,5 milyon manat, xərcləri isə 26 913,7 milyon manat məbləğində proqnozlaşdırılır.

Sənəd müzakirə edilib və səsverməyə qoyularaq təsdiqlənib.

Milli Məclisin deputatları iclasda “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında", “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinidə ikinci oxunuşda səsə qoyaraq qəbul ediblər.


Mənbə: report.az