Budapeşt texnologiyalar reytinqində 70-ci yeri tutub

  • 5 Oktyabr, 2018 11:25
Budapeşt texnologiyalar reytinqində 70-ci yeri tutub

Britaniyanın “RS Components” sənaye komponentləri təchizatçısının keçirdiyi sorğuya əsasən , texnologiya həvəskarlarının fikrincə, 90 ən yaxşı şəhər siyahısında Budapeşt 70-ci yeri tutub.

"Finans.az" xəbər verir ki, Macarıstan paytaxtı özünün “sürətli internet” kateqoriyasına görə xüsusilə seçilib.

O, həm mobil, həm də internet sürətinə görə yüksək dəyərləndirilib. Lakin elektromobillər üçün enerjiyükləmə stansiyalarının yoxluğu və texniki əməkhaqqının nisbətən aşağı səviyyədə olması səbəbindən şəhərin bu göstəricilər üzrə mövqeyi yüksək deyil.

Yüksək reytinqin olmamasına baxmayaraq Budapeşt Vışeqrad dördlüyündən olan həmkarlarından – Bratislava, Praqa və Varşavadan daha çox xal toplayıb. Çox maraqlıdır ki, Milan da Budapeştdən geridə, 74-cü yerdədir.

Qeyd edək ki, liderlər üçlüyünə Amsterdam, Filadelfiya və Oslo daxildir. Sorğu göstərib ki, texnologiya həvəskarları üçün ən pis yer Panama-Sitidir.