Bu yollarda hərəkət qismən məhdudlaşdırılır

  • 10 İyul, 2020 16:31
Bu yollarda hərəkət qismən məhdudlaşdırılır

Aparılan təmir işləri ilə əlaqədar olaraq, iyulun 11-12-də Bakının Ziya Bünyadov prospektinin “20 Yanvar” metrosu istiqamətindən “3-cü mikrorayon” dairəsi üzərində yerləşən yol ötürücüsünə giriş, həmçinin Əbdulvahab Salamzadə küçəsindən “Xutor” dairəsi adlanan ərazidə yerləşən tunelə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Bu barədə “Finans.az”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin, o cümlədən Əbdulvahab Salamzadə küçəsinin köməkçi yollarından, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov küçələrindən istifadə edə bilərlər.


Mənbə: report.az