Təhlükəsizlik sistemləri ilə bağlı daha bir - YENİLİK

  • 8 Oktyabr, 2018 11:15
Təhlükəsizlik sistemləri ilə bağlı daha bir  - YENİLİK

Kaliforniya Universitetinin professoru Yasamin Mostofinin komandası otaqdan kənarda quraşdırılmış aparatın vasitəsilə həmin otaqdakı insanların sayını dəqiqliklə təyin etməyə imkan verən texnologiya hazırlayıb.

"Finans.az" bildirir ki, otaqdakı insanların sayını təyin etmək üçün iki qurğu lazımdır: simsiz ötürücü aparat və siqnal qəbuledicisi. Hər iki qurğu insanların olduğu otağın divarının arxasına yerləşdirilə bilər, lazımi otaqda qurğuların ilkin kalibrlənməsi tələb olunmur, həm də operatora ehtiyac yoxdur.

Otaqdakı insanların sayı qəbul edilən siqnalın (RSSI) səviyyə göstəricisinə görə qiymətləndirilir. Wi-Fi radiosiqnalı istiqamətində görüşən insanların sayından asılı olaraq qəbul edilən siqnalın gücü dəyişir.

Həmçinin, başqa fiziki maneələr, xüsisilə ən çox binaların divarları qəbul edilən siqnalın gücünə təsir edir. Lakin Mostofinin qrupu bu problemi aradan qaldırıb. Mostofinin fikrincə, yeni texnologiya təhlükəsizlik sistemləri və enerji sərfiyyatının idarə edilməsi sistemlərində tətbiq edilə bilər.