Bu tarixdə metroya retro vaqonlar buraxılacaq

  • 14 Mart, 2019 16:19
Bu tarixdə metroya retro vaqonlar buraxılacaq

"Bakı Metropoliteni" QSC Novruz bayramı ilə əlaqədar martın 19-20-də retro vaqonları yenidən xəttə buraxacaq.

"Finans.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

"Novruz bayramı ilə əlaqədar xüsusi proqram hazırlamışıq və retro qatarları xəttə buraxacağıq. İlk dəfə olaraq metroda keçəl və kosa da olacaq. Bu rolları peşəkar aktyorlar ifa edəcəklər. Bayram tədbiri martın 19-da, saat 14:00-da "İçəri Şəhər" stansiyasında başlayacaq”, - deyə o, qeyd edib.