Bu tarixdə Dünya Bankı Azərbaycana yeni kreditin ayrılmasını təsdiqləyəcək

  • 17 Mart, 2020 12:09
Bu tarixdə Dünya Bankı Azərbaycana yeni kreditin ayrılmasını təsdiqləyəcək

Dünya Bankının martın 26-na Vaşinqtonda planlaşdırdığı Direktorlar Şurasının iclası baş tutacaq.

"Finans.az" xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycandakı nümayəndəliyindən bildirilib.

Nümayəndəlikdən bildirilib ki, hazırda yayılmaqda olan koronavirusa baxmayaraq, görüş baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl bankdan bildirilib ki, Azərbaycanda "Məhkəmə xidmətləri və əqli infrastruktur" layihəsinə əlavə kreditin ayrılması bu görüşdə təsdiqlənəcək. Xatırladaq ki, layihənin 50 mln. dolları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xətti ilə, qalan 20 mln. dolları isə hökumət tərəfindən ayrılacaq.


Mənbə: apa.az