Bu startap "Alhabet"in törəməsindən və" IKEA"ya bağlı holdinqdən 20 mln. cəlb etdi

  • 6 Sentyabr, 2019 12:09
Bu startap

Boston startapı "Ori" son investisiya raundu çərçivəsində 20 milyon ABŞ dolları cəlb edib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, raundun lideri ağıllı şəhərlər üzərində çalışan "Alhabet"in törəmə şirkəti olan "Sidewalk Labs" olub. Layihəyə həmçinin "IKEA"nın pərakəndəsinin böyük hissəsinə nəzarət edən "Ingka Group" holdinqi daxil olub.

Qeyd edək ki, "Ori" 2015-ci ildə yaradılıb və robotlaşmış transformer-mebellərin hazırlanması istiqamətində çalışır. Bu günə kimi şirkət 27,1 milyon dollar investisiya cəlb edib.