Bu smartfon 100% enerji həcminə 46 dəqiqə ayıracaq

  • 28 Fevral, 2019 12:02
Bu smartfon 100% enerji həcminə 46 dəqiqə ayıracaq

Bu həftə “Vivo Iqoo” smartfonları təqdim olunacaq.

“Finans.az” xarici mediaya istinadən xəbər verir ki, samrtfonun özəlliyi çox sürətli şarj olmasıdır. Belə ki, telefon 1%-dən 50%-ə qədər olan enerjini 16 dəqiqəyə, 100% enerjini isə 46 dəqiqəyə yığır. Batareya həcmi isə 4000 mAh-dır.

Ekran ölçüsü 6,4 düym, 12/256 Gb yaddaşa malik olan telefonun prosessoru “Snapdragon 855”dir.

Arxa kamerası 13-12-2 MP, ön kamerası isə 12 MP olan smartfonun əmliyyat sistemi isə “Android 9.0 Pie”dir.

Qiymətinə gəlincə, sabah elan olunacaq qiymətlərin 600-900 dollar arası olacağı ehtimal olunur.