Bu şirkətlər süni intellekt sahəsində ən çox patentə sahibdir

  • 11 İyun, 2019 12:47
Bu şirkətlər süni intellekt sahəsində ən çox patentə sahibdir

Dünya analitikləri süni intellekt sahəsində ən çox patentə sahib olan şirkətləri müəyyənləşdirib.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın "IPlytics" tədqiqat şirkəti süni intellekt texnologiyaları sahəsində qeydiyyatdan keçmiş patentlərin sayına görə şirkətlərin siyahısını hazırlayıb.

Siyahıya liderliyi 18365 patent sayı ilə "Microsoft" şirkəti edir. ABŞ-ın daha bir İT nəhəngi "IBM” isə siyahıda 2-ci yerdə qərarlaşıb. Onun aktivində 15046 patent var. Cənubi Koreyanın "Samsung" şirkəti 11243 patentlə 3-cü yerdə olub.

ABŞ-ın "Qualcomm" və "Google" şirkətləri isə müvafiq olaraq 10178 və 9536 patentlə 4-cü və 5-ci yerləri tutublar. Bundan başqa, ilk onluqda Yaponiyanın iki şirkəti - “Sony” (8-ci yer, 5526 patent) və “Canon” (10-cu yer, 3996 patent), Cənubi Koreya, Niderland (“Philips”, 6-cı yer) və Almaniya (“Siemens”, 7-ci yer) ölkələrinin hər birindən isə bir şirkət yer alıb.