Yerli şirkətin səhmlərinin hərracı təxirə salındı

  • 9 Yanvar, 2019 18:21
Yerli şirkətin səhmlərinin hərracı təxirə salındı

“Puta-Əyirici” ATSC-nin qiymətli kağızlarının BFB-də hərracı təxirə salınıb.

"Finans.az" xəbər verir ki, 9 yanvar 2019-cu il tarixində məhkəmə qərarının icrası ilə əlaqədar PSG Kapital ASC tərəfindən BFB-də kütləvi satışı nəzərdə tutulmuş “Puta-Əyirici” ATSC-nin AZ1001012645 dövlət qeydiyyat nömrəli 560 070 ədəd adi adlı səhmləri üzrə hərrac birja üzvünün müraciətinə əsasən təxirə salınıb.