Bu şirkət “Sumqayıt Kimya Sənaye Parkı”nın 10,4 milyonluq tenderinin qalibi oldu

  • 4 Dekabr, 2018 16:55
Bu şirkət “Sumqayıt Kimya Sənaye Parkı”nın 10,4 milyonluq tenderinin qalibi oldu

“Sumqayıt Kimya Sənaye Parkı” MMC Pirallahı Sənaye Parkının 30 hektar ərazisinin mühəndis xətləri və avtomobil yolları (texniki su, su anbarı və nasosxanalar, avtomobil yolları, məişət tullantı suyu xətti, yağış suyu xətti, yanğına qarşı su xətti, içməli su xətti) üzrə tikinti işlərinin satınalınmasına dair “Azsənayetikintilayihə” MMC ilə tender müqaviləsi imzalayıb.

“Finans.az”ın əldə etdiyi məlumata görə, bu satınalma müqabilində “Azsənayetikintilayihə”yə 10 388 148 manat ödəniləcək.

Xatırladaq ki, Pirallahı Sənaye Parkının 30 hektar ərazisinin qaz xətti üzrə tikinti işlərinə dair “ALP-2010” MMC ilə 270 119 manat dəyərində satınalma müqaviləsi imzalanıb.