Yerli sığorta şirkəti işçilərinin sayını 2 dəfə azaldıb

  • 15 Oktyabr, 2019 16:35
Yerli sığorta şirkəti işçilərinin sayını 2 dəfə azaldıb

"AXA MBask" Slğorta Şirkətinin işçilərinin sayı 1 il ərzində 2 dəfəyə yaxın (1,8 dəfə) azalıb.

"Finans.az" xəbər verir ki, cari ilin 30 iyun tarixinə şirkətin işçilərinin sayı 47 nəfər olub. Ötən ilin eyni dövründə isə bu say 86 nəfərə, cari ilin ilk rübündə isə 52 nəfərə bərabər idi.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “AXA MBask” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsini məhdudlaşdırmışdı.