Bu qonşumuz ilin sonuna kimi Avropa borc bazarından 2,2 milyard dollar cəlb edəcək

  • 2 Oktyabr, 2018 13:20
Bu qonşumuz ilin sonuna kimi Avropa borc bazarından 2,2 milyard dollar cəlb edəcək

Rusiya Maliyyə Nazirliyi bu ilin sonuna kimi 2,2 milyard ABŞ dolları həcmində avrobond yerləşdirmək niyyətindədir.

"Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu maliyyə nazirinin müavini Vladimir Kolıçev bildirib.

Bu ilin martında Maliyyə Nazirliyi avrobondların yerləşdirilməsi və alınmasını həyata keçirib. Cari ilin 16 mart tarixində 1,5 milyard dollar həcmində “Rusiya-29” və 2,5 milyard dollar həcmində “Rusiya-47” avrobondlarını yerləşdirib. Bu vəsaitin 3,2 milyard dolları “Rusiya-30” avrobondlarının alınmasına və yalnız 0,8 milyard dolları dövlət büdcəsinə köçürülüb. Maliyyə Nazirliyi bu ilin sonuna kimi 2,2 milyard həcmində avrobond yerləşdirə bilər, çünki 2018-ci ildə avrobondlardan dövlət büdcəsinə cəmi daxil olmalar 3 milyard dollar həcmində nəzərdə tutulub.