Bu prospektdə nəqliyyat vasitələrinin sıxlığı yaranıb

  • 16 Fevral, 2021 10:15
Bu prospektdə nəqliyyat vasitələrinin sıxlığı yaranıb

Bu gün səhər saatlarından Bakının Ziya Bünyadov prospektinin "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

"Finans.az" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, sıxlıq səbəbindən Qara Qarayev prospekt i- "20 Yanvar" dairəsi və əks istiqamətdə hərəkət edən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranır.