Əkin subsidiyaları artırıla bilər - AÇIQLAMA

  • 1 Avqust, 2019 14:39
Əkin subsidiyaları artırıla bilər - AÇIQLAMA

Növbəti ildən etibarən Azərbaycanda fermer kooperativləri ilə bağlı yeni subsidiya sistemi tətbiq olunacaq.

"Finans.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

M.Əliyevin sözlərinə görə, nəzərdə tutulur ki, istifadəsində olan 50 hektardan çox torpaq sahəsində aparılan əkinə və ya çoxillik əkməyə görə kənd təsərrüfatı kooperativlərinə əkin subsidiyası 10 faiz artırılmaqla tətbiq ediləcək.

"Məntiq ondan ibarətdir ki, burada fermerlər birləşərək, istehsal xərclərini aşağı düşməsi, eyni zamanda birgə fəaliyyəti nəticəsində onların maliyyə imkanları genişlənəcək ki, bu da məhsuldarlığa müsbət təsir göstərəcək", - Agentliyinin sədri bildirib.

Əkin subsidiyası – fermerlərə əkin, çoxillik əkmə altında olan kənd təsərrüfatı yerlərində həmin yerlərin təyinatına uyğun kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına sərf olunan xərclərin bir hissəsini kompensasiya etmək məqsədilə bitki becərilən sahənin hər hektarına görə verilən subsidiyadır. Kənd təsərrüfatı istehsal vasitələri dedikdə mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid başa düşülür. Başqa sözlə, gələn ildən yanacaq və motor yağlarına görə subsidiya verilməyəcək.

Hazırda buğda əkən fermer büdcədən hər hektara görə 90 manat (50 manat motor yağı və yanacaq subsisiyası daxil ) subsidiya alır. Eyni zamanda, istehsalçılara dövlət tərəfindən mineral gübrəyə görə maksimum 50 manat, pestisidə görə 150 manatadək dəstək verilir. Gələn ildən ən azı bu məbləğin alınması buğda üzrə əkin subsidiyasının baza məbləği (200 manat) 1,0 əmsala, məhsul subsidiyasnın da baza məbləği (200 manat) 0,2 əmsala vurulmalıdır (160manat + 40 manat = 200 manat).


Mənbə: report.az