Bu investisiya Şirkətinin səhmdarları bir araya gələcək

  • 17 Fevral, 2020 15:22
Bu investisiya Şirkətinin səhmdarları bir araya gələcək

Aprelin 3-də, saat 11:00-da “Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının ənənəvi ümumi yığıncağı keçiriləcək.

“Finans.az” xəbər verir ki, yığıncaq investisiya şirkətinun baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Qüllə küçəsi, 16 ünvanında olacaq.

Yığıncağın gündəliyinə “Plato Capital and Co.”nun 2019-cu ildəki fəaliyyətinin yekunlarının müzakirə edilməsi, investisiya şirkətinin gələcək hədəflərinin müəyyən olunması və digər məsələlər daxildir.

Xatırladaq ki, “Plato Capital and Co.” 2002-ci ildə "Texnika Kapital Menecment" adı ilə yaradılıb, 2015-ci ildə adını "Kapital Menecment"ə, 2018-ci ildə isə "Plato Menecment"ə dəyişib. Onun nizamnamə kapitalı 680 min manatdır. İnvestisiya şirkətinin səhmlərinin 99%-i Böyük Britaniyanın “Plato Capital International Holding Limited” investisiya şirkətinə, 1%-i isə Birləşmiş Ərəb Əmirliklərinin “Fubies Bia Investments Lımıted” investisiya şirkətinə məxsusdur.


Mənbə: report.az