Bu ilin ilk 2 ayında ölkəyə nə qədər avtomobil gətirilib?

  • 15 Mart, 2019 09:01
Bu ilin ilk 2 ayında ölkəyə nə qədər avtomobil gətirilib?

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 169 ədəd avtomobil idxal edilib

Bu barədə “Finans.az” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı 3 104 ədəd və yaxud 2,5 dəfə artıb.

Ölkəyə gətirilən avtomobillərin 37 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 4 707 ədədi əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 397 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 28 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.